İsrail ABŞ-ı İranla sonsuz müharibəyə cəlb etməyə çalışır.
Herbiand.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“İsrail ABŞ-ı İranla sonsuz müharibəyə sürükləmək üçün var gücü ilə çalışır. Bu, nə indiki, nə də gələcək prezidentin, istər respublikaçı, istərsə də demokrat olsun, çıxa bilməyəcəyi bir bataqlıqdır”, – Qalibaf qeyd edib.
İran parlamentinin sədri Vaşinqtonun İsrailə münasibətdə siyasətini də tənqid edib.
“Əgər Vaşinqton ‘İsrail hər şeydən əvvəl’ düşüncəsindən imtina etməsə, Amerikanı və onun müttəfiqlərini qaranlıq günlər gözləyir”, – o vurğulayıb.
APA