Advertisment

Son həftə ərzində Ukraynanın 4 pilotsuz qayığı məhv edilib

Rusiya Qara dəniz donanması son 7 gün ərzində Qara dənizin şimal-qərbində Ukrayna Silahlı Qüvvələrinin dörd pilotsuz qayığını məhv edib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, xüsusi əməliyyatın başlanğıcından bu qədər texnika məhv edilib: 674 təyyarə, 284 helikopter, 245.120 pilotsuz uçuş aparatı, 672 zenit-raket sistemi, 31.022 tank və digər zirehli döyüş maşını, 1.780 çoxnövlü raket sistemi döyüş maşını, 36.555 səhra artilleriya qurğusu və minaatan, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 72.803 ədəd xüsusi hərbi maşını.

Bəxtiyar CƏFƏRLİ