Rusiyanın Polşadakı səfirliyi Jeşuv şəhərində yerli hakimiyyət orqanlarının Qırmızı Ordu əsgərlərinə minnətdarlıq əlaməti olaraq ucaldılmış abidənin sökülməsinə başladığını açıqlayıb. Onlar abidənin 30 noyabr tarixinə qədər sökülməsini planlaşdırırlar.
Herbiand.az bildirir ki, bu barədə Rusiyanın Polşadakı səfirliyi məlumat yayıb.
Söküntü işləri obeliskinin başında uşağı olan qadının heykəlinin sökülməsi ilə başlayıb. Daha sonra döyüş meydanlarından və mülki şəxslərin edam yerlərindən toplanan torpaq olan bir küp çıxarılıb.
Rusiya səfirliyi Polşa tərəfinin abidənin sökülməsi planları barədə onlara məlumat vermədiyini qeyd edib. Onlar Varşavanın hərəkətlərini qınayıb və sökülmənin dərhal dayandırılmasını tələb ediblər: "Polşa xalqını Üçüncü Reyx üzərində tam və qeyd-şərtsiz qələbəyə həlledici töhfə verənləri unutmağa məcbur etmək üçün hər cür səy göstərilir".
Bəxtiyar CƏFƏRLİ