Advertisment

Aralıq dənizinin dibində qədim körpü tapılıb

Aralıq dənizinin dibində 13.000 il əvvəl Siciliya ilə Maltanı birləşdirən körpü aşkar olunub. Kəşf BRIDGES elmi ekspedisiyası tərəfindən edilib.

Herbiand.az bildirir ki, bu barədə İtaliya Milli Tədqiqat Şurası məlumat yayıb.

Qeyd olunub ki, bu gün Siciliya ilə Maltanı 90 kilometrdən çox su ayırsa da, bu, həmişə belə olmayıb. Son buz dövründə dəniz səviyyələri bu günküdən təxminən 130 metr aşağı idi. Dalğaların indi keçdiyi yerdə bir vaxtlar bir quru sahəsi - iki adanı birləşdirən dəhliz var idi. Ən geniş yayılmış elmi rekonstruksiyalara görə, bu quru körpüsü təxminən 13.000 il əvvəl su altında yoxa çıxıb.

Bu, bir neçə min il ərzində baş verib və dəniz bölgənin sahil xəttini tamamilə dəyişdirib.

Bəxtiyar CƏFƏRLİ