Advertisment

Zelenski: Tramp Patriot raketlərinin istehsalı üçün lisenziyalar vəd edib

ABŞ prezidenti Donald Tramp Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziyalar vermək qərarına gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib.

Zelenskinin sözlərinə görə, Amerika lideri bu barədə ona BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda keçirilən son görüşdə məlumat verib: "Prezident Tramp son görüşümüzdə vurğuladı ki, bəli, mən son qərarı vermişəm - Ukrayna Patriot raketlərinin istehsalı üçün lisenziyalar alacaq".

Ağ Evdən lisenziyaların təhvil verilməsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bəxtiyar CƏFƏRLİ