Kreml xüsusi hərbi əməliyyat iştirakçılarının Dövlət Dumasına seçilməsini müsbət qiymətləndirib və qəhrəmanların təcrübəsinə tələbat olduğunu qeyd edib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu, çox yaxşıdır. Qəhrəmanlarımızın təcrübəsinə tələbat var", - Kreml rəsmisi deyib.
Daha əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumaya 46 xüsusi hərbi əməliyyat iştirakçısı və ya veteranının seçildiyini açıqlayıb.
Bəxtiyar CƏFƏRLİ