Advertisment

Volodimir Zelenski: ABŞ Əmirliklərdə üçtərəfli görüş təklif edir

Amerika tərəfi Ukrayna ilə üçtərəfli danışıqlarla bağlı təşəbbüs irəli sürüb və artıq məkan barədə qərar verib.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

ABŞ texniki səviyyədə, üçtərəfli formatda hazırlıq görüşünün keçirilməsini təklif edib.

“Üçtərəfli görüşlə bağlı Amerika tərəfi onu hazırlamağı və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib”, - deyə Ukrayna Prezidenti bildirib.

ABŞ məkan olaraq Birləşmiş Ərəb Əmirliklərini seçib. Ukrayna hazırda Vaşinqtondan tarixlə bağlı təklif gözləyir.

Zelenski qeyd edib ki, Yaxın Şərq ölkələri Qara dənizdə atəşkəslə bağlı Rusiya ilə artıq əlaqə saxlayıb. O təsdiqləyib ki, Kiyev bu təmasların nəticələrini gözləyir.