Ukrayna Silahlı Qüvvələri ardıcıl 5 gündür ki, Rusiya neft emalı obyektlərinə hücum etməyə cəhd göstərməyib.
Herbiand.az bildirir ki, bu, Ukrayna mediasının diqqətini cəlb edib.
Onların sözlərinə görə, ən son dron hücumu Krasnodar diyarındakı İlski Neft Emalı Zavoduna (NEZ) edilib. Bu, 26 sentyabr gecəsi baş verib.
Bunun ardınca ABŞ Prezidenti Donald Tramp açıq şəkildə Vladimir Zelenskini Rusiya neft emalı zavodlarına hücumları "yavaşlatmağa" çağırıb. Ağ Ev rəhbəri mövqeyini dizel çatışmazlığı və yanacaq qiymətlərinin artması ilə izah edib. Həmçinin bildirilib ki, bu məsələ Vaşinqton və Kiyev nümayəndələri arasında danışıqlar zamanı qaldırılıb.
Qeyd etmək lazımdır ki, Ukrayna hakimiyyəti Rusiya neft emalı zavodlarına zərbələrin dayandırıldığını rəsmi olaraq elan etməyib. Buna baxmayaraq, 26 sentyabr hücumundan sonra nəzərəçarpacaq bir fasilə yaranıb. Bu, Kiyevin hərəkətləri ilə Vaşinqtonun təzyiqi arasında mümkün əlaqə barədə fərziyyələrə səbəb olub.
Əvvəllər Rusiyanın neft emalı zavodları və digər enerji infrastruktur obyektləri Ukraynanın uzunmənzilli zərbələri üçün müntəzəm olaraq əsas hədəflərə çevrilirdi.
Bəxtiyar CƏFƏRLİ