Advertisment

"Tramp marşrutu" Amerika özəl hərbi şirkətlərini Ermənistana gətirə bilər

"Tramp Marşrutu"nun həyata keçirilməsi Amerika özəl hərbi şirkətləri və kəşfiyyat agentlikləri üçün Ermənistana giriş imkanı yarada bilər ki, bura İrana yaxın ərazilərdir.

Herbiand.az bildirir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bu ssenarini irəli sürüb.

O, bu nəticəni nəqliyyat layihəsinin idarəetmə modeli ilə əlaqələndirib: “Yol təhlükəsizliyinin yaradılmaqda olan birgə Amerika-Ermənistan şirkətinə həvalə edilməsi gözlənilir. ABŞ 74%, Ermənistan isə 26% paya sahib olacaq. Sərhəd və gömrük prosedurları Yerevanın nəzarəti altında qalacaq. Əslində bu, Amerika özəl hərbi şirkətlərinin Ermənistan ərazisinə daxil olması və İran sərhədindən bir neçə yüz metr aralıda Amerika kəşfiyyatının, bəlkə də digər infrastrukturun yaradılması demək ola bilər. Bu, təbii ki, bütün marşrutun və onun boyunca nəqliyyatın təhlükəsizliyini sual altına qoyur”.

Bəxtiyar CƏFƏRLİ