Advertisment

Rusiyada xüsusi əməliyyat iştirakçıları üçün 10 qanun layihəsi hazırlanıb

Rusiya Federasiya Şurasında xüsusi əməliyyat qüvvələrinin iştirakçılarını dəstəkləmək üçün 10 qanun layihəsi hazırlanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko payız sessiyasının açılışında bildirib.

O, qeyd edib ki, avqust və sentyabr aylarında Sankt-Peterburq, Leninqrad, Omsk və Tula vilayətlərinə, Dağıstan Respublikasına və digər federal subyektlərə işgüzar səfərlər edilib: “Hər bir bölgədə xüsusi əməliyyat qüvvələrinin iştirakçıları, onların ailələri ilə söhbət etdik, xəstəxanalara və kompleks reabilitasiya mərkəzlərinə baş çəkdik. Sessiya zamanı qanunvericilik işimizdə Vətən müdafiəçiləri tərəfindən irəli sürülən təklifləri mütləq nəzərə alacağıq. Artıq 10 müvafiq qanun layihəsi hazırlanıb”.

Matviyenko müvafiq Federasiya Şurasının işçi qrupuna qanun layihələrinin yenidən işlənməsini və Dövlət Dumasına təqdim edilməsini sürətləndirməyi tapşırıb.

Bəxtiyar CƏFƏRLİ