Kiçik dronlar müasir ordularda minaatan heyətləri üçün standart dəstəyə çevrilir. Bu, minaatan əməliyyatlarına ənənəvi yanaşmanı dəyişdirir.
Herbiand.az bildirir ki, bu barədə Forbes nəşri yazıb.
Bu ay Vaşinqton Milli Qvardiyasının qoşunları, minaatan heyətlərinin təlimi zamanı kiçik pilotsuz uçuş sistemlərindən istifadə ediblər.
Nəşrin məlumatına görə, dronlar eyni vaxtda bir neçə tapşırıq yerinə yetiriblər: hədəfləri aşkarlayıblar, dəqiq yerlərini müəyyən ediblər və bu məlumatı hərbçilərə ötürüblər: “Bundan əlavə, dron operatorları uçuş zamanı sursatı müşahidə edə və silahların təsirini qiymətləndirə biliblər. Dronlar həmçinin, mərmilər düşdükdən sonra zərbə yerlərini yoxlayıblar. Bu, hərbçilərə zərəri qiymətləndirməyə və hədəfin dəqiqliyini müəyyən etməyə imkan verib”.
Forbes qeyd edir ki, avtonom sistemlərin minaatan heyətləri ilə inteqrasiyası ABŞ ordusunda misli görünməmiş haldır: “Minalar ən qədim silah növlərinə aiddir və onların ümumi konsepsiyası nəsillər boyu demək olar ki, dəyişməz qalıb”.
Bəxtiyar CƏFƏRLİ