Dünya şöhrətli müğənni Şakiranın Bişkekdə keçiriləcək konsertinə bilet alanlar arasında təxminən 2 min Rusiya vətəndaşı da var. Herbiand.az xəbər evrir ki, konsertə bilet satışının ilk günündə təşkilatçılar 13 mindən çox bilet sata biliblər. Satılan biletlərin 13 faizdən çoxunu, yəni təxminən 2 minini Rusiya vətəndaşları alıb.
Ən fəal alıcılar isə Qırğızıstan sakinləri olub. Satılan biletlərin 77 faizi ölkə vətəndaşlarının payına düşüb. Hazırda konsertə gələcək tamaşaçılar arasında 18 ölkənin vətəndaşları yer alır.
Konsert oktyabrın 18-də 51 mindən çox tamaşaçı tutumuna malik “Bişkek Arena”da keçiriləcək. Biletlərin qiyməti 12-40 min som, yəni təxminən 11-38 min rubl arasında dəyişir.
Aydın