Advertisment

Ürəyi 11 dəfə dayandı: həkimlər xilas etdi

Dağıstanda həkimlər 11 dəfə ürəyi dayanan xəstəni yekunda xilas edib.

Herbiand.az xəbər verir ki, bu barədə Respublika rəhbərinin administrasiyası Telegram kanalında bildirib.

"Kişi kəskin miokard infarktı ilə ağır vəziyyətdə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Xəstənin ürəyi 11 dəfə dayanıb, lakin tibbi qrupun koordinasiyalı işi və yüksək texnologiyalı avadanlıqların istifadəsi sayəsində o xilas edilib", - Respublika rəhbərliyi qeyd edib.

Həkimlər 61 yaşlı kişiyə koronar arteriya stentləmə əməliyyatı keçiriblər. Bu, ürəyə qan axınını bərpa edən prosedurdur. Xəstə artıq özünü yaxşı hiss edir və artıq müstəqil gəzir.

Bəxtiyar CƏFƏRLİ