Almanların 60%-dən çoxu mümkün nüvə silahının istifadəsi halında nüvə təlimlərinin keçirilməsini dəstəkləyir.
Herbiand.az bildirir ki, bu barədə RedaktionsNetzwerk Deutschland (RND) media qrupu Alman Radiasiya Mühafizəsi İdarəsinin (BfS) araşdırmasına istinadən məlumat verir.
Sorğunun nəticələrinə görə, respondentlərin 65%-i nüvə silahı təlimlərinin alman ictimaiyyəti üçün zəruri olduğu fikrini bildirib.
Respondentlərin dörddə üçündən çoxu (83%) həmçinin hesab edir ki, alman ictimaiyyəti radiasiya qəzasının səbəb olduğu radioloji fövqəladə hal zamanı necə hərəkət etməli olduqları barədə daha yaxşı məlumatlandırılmalıdır.
Almanların 63%-i radioloji fövqəladə vəziyyətdə nə edəcəklərini bilmədiklərini etiraf ediblər.
Tədqiqat yanvar ayından mart ayına qədər 2032 alman arasında aparılıb. Heç bir səhv ehtimalı göstərilməyib.
Bəxtiyar CƏFƏRLİ