Advertisment

Kallasdan Trampa cavab: Seçkilər münaqişə bitənə qədər mümkün deyil

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas, ABŞ prezidenti Donald Trampı Ukraynada yeni seçkilər çağırışına görə tənqid edib.

Herbiand.az bildirir ki, bu barədə Kallas Lüksemburqda keçirilən AB Xarici İşlər Şurasının iclasından əvvəl deyib.

Onun sözlərinə görə, demək olar ki, hər konstitusiya müharibə dövründə seçkilərin keçirilə bilməyəcəyini nəzərdə tutur: “Münaqişə zamanı ölkə daxilində seçkilərin keçirilməsi siyasi mübarizə deməkdir.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl jurnalistlərə bildirib ki, Zelenskinin Ukrayna münaqişəsini həll etmək üçün çoxsaylı imkanları var idi, lakin bunu etməyib. Buna görə də, o, ölkənin yeni bir liderə ehtiyacı olduğunu bildirib. Daha sonra orada seçkilər keçirməyə çağırıb.

Zelenskinin səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Daha sonra hərbi vəziyyət və ümumi səfərbərlik səbəbi ilə səsvermə ləğv edilib.

Bəxtiyar CƏFƏRLİ