Advertisment

Moskva hava limanlarında 250-yə yaxın reys gecikib

Moskvanın hava limanlarında 250 reys gecikib. Herbiand.az xəbər verir ki, bu barədə “telegram” platformasında məlumat yayılıb.

Məlumata görə, ən çox dəyişiklik “Vnukovo” hava limanında qeydə alınıb. Burada 113 reys, “Şeremetyevo”da 80, “Domodedovo”da isə 50 reys gecikib. Ümumilikdə 243 reys qrafikdən geri qalıb.

Onlardan 172-si gəliş, 71-i isə uçuş reysləridir.

Məlumata görə, bəzi reyslərin uçuşu növbəti günə təxirə salınıb. Sərnişinlərə dəstək göstərmək üçün əlavə heyət cəlb olunub, hava limanı xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Aydın

Herbiand.az