Advertisment

BMT-dən Ukrayna ilə bağlı çağırış: “Onlar cəzalandırılmalıdır”

Rusiya-Ukrayna müharibəsində dinc əhalinin həlak olmasına görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb edilməlidir. Herbiand.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk bildirib.

“Rusiya ərazisində dinc sakinlərin həlak olması ilə nəticələnən hücumlarla bağlı xəbərlər məni ciddi narahat edir. Dinc əhali müharibə qanunları ilə xüsusi olaraq qorunur və heç vaxt hücumların hədəfi olmamalıdır”, deyə, Volker Türk bildirib.

Ali komissar bildirib ki, ehtimal olunan pozuntular araşdırılmalı, təqsirkarlar isə məsuliyyətə cəlb edilməlidir.

Onun sözlərinə görə, dinc əhaliyə qəsdən hücumlar hərbi cinayət kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş dinc əhali arasında itkilərin çoxalmasından narahatlığını bildirmişdi.

Aydın

Herbiand.az