Ukrayna müharibəsinin ilk illərində Rusiyadan qaçan ruslar üstünlüyü daha çox Türkiyəyə verirdisə, son 1 ildə onlar istiqaməti dəyişiblər. Herbiand.az xəbər verir ki, rusiyalılar daha çox Avropaya tərəf istiqamət götürüblər.
Məlumata görə, Rusiya ilə Ukrayna arasında baş qaldıran toqquşmalardan sonra başlayan gərgin köç dalğası, dördüncü ilin sonunda diqqətçəkən bir marşrut dəyişikliyini üzə çıxarıb.
Türkiyədə yaşayış xərclərinin artması və iqtisadi şəraitin ağırlaşması rusların bu ölkəyə marağının azalmasına səbəb olub. 2026-cı ilin iyun ayına olan məlumata görə, Türkiyədə etibarlı yaşayış icazəsinə sahib Rusiya vətəndaşlarının sayı 75 min 900-ə enərək 2023-cü ilin əvvəlindəki zirvə dövrünün yarı səviyyəsinə düşüb.
Təkcə son bir ildə Türkiyədəki rusların 11%-dən çoxu ölkəni tərk edib. Avropa Statistika Qurumunun məlumatlarında bildirilir ki, Avropa İttifaqına üzv ölkələrdə yaşayış icazəsinə sahip Rusiya vətəndaşlarının sayı son dörd ildə 13,6 faiz artaraq 876 min 600-ə çatıb.
Almaniya 218 min Rusiya vətəndaşı ilə Avropa miqyasında birinci sırada yer aldığı halda, Aralıq dənizi və isti iqlim qşağındakı İspaniya, Kipr, Fransa və Portuqaliya kimi Avropa ölkələri rusların yeni sevimli marşrutlarına çevrilib.
İspaniyadakı rus əhalisi 61 faiz artaraq 116 min 800-ə çatıb, Kiprdə bu sayı 2,5 dəfəyə, Portuqaliyada isə 3,5 dəfəyə yüksəlib.
Aydın