Advertisment

Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun 2026-cı ildə keçirilməsi real deyil.

Herbiand.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan “RFI”-yə müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməsi zəruridir. O qeyd edib ki, ölkə hələ belə bir müraciət təqdim etməyib.

Baş nazir vurğulayıb ki, Aİ-yə üzvlük üçün müraciət etmək Ermənistanın özü üçün məqsəd deyil.

“Əgər indi məndən Ermənistan Respublikasının bu gün Avropa İttifaqının üzvü olmağa hazır olub-olmadığını soruşsanız, səmimi cavabım “xeyr” olar. Bu meyarlara uyğunlaşmaq üçün hələ çoxlu islahatlar həyata keçirməliyik”, – Paşinyan bildirib.