Bu gün Prezident İlham Əliyevlə Komboca Krallığının baş naziri Hun Manetin apardığı müzakirələr bizə və Kambocalı həmkarlarımıza qarşıda duran işlərin icrası üçün aydın istiqamətlər və imkanlar təqdim edir.
Herbiand.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Komboca biznes forumunda çıxışı zamanı bildirib.
“Artıq müvafiq işçi qrupunun fəaliyyətə başlaması və Prezident İlham Əliyevin, eləcə də Komboca Krallığının baş naziri Hun Manetin nəzərdən keçirməyi üçün müvafiq yol xəritəsinin hazırlanması ilə bağlı ilkin razılıq əldə etmişik", - deyə nazir əlavə edib.