Advertisment

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Energetika Nazirliyinə istinadən xəəbər verilib.

Məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub”, - məlumatda qeyd olunur.

APA