Advertisment

Maskın Zelenskiyə istefa çağırışı Radada qəfil reaksiyaya səbəb olub

Ukrayna Ali Radasının deputatı Artem Dmitruk amerikalı sahibkar İlon Maskın prezident Vladimir Zelenskinin istefa verməli olması barədə çağırışına münasibət bildirib.

Herbiand.az bu barədə RİA Novosti agentliyinə istinadən xəbər verir.

"O, yenə Zelenskini istefa verməyə çağırdı! Amma Zelenski buna heç vaxt qulaq asmayacaq", - parlament üzvü Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Zelenski və onun ətrafı yalnız ən sərt tədbirlərə reaksiya verəcəklər.

Qeyd edək ki, Amerikalı iş adamı İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskinin istefa verməli olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ