Advertisment

Ukraynada Starlink-in kəsilməsi nüvə zərbəsi ilə müqayisə olunub

Ukraynanın müdafiə nazirinin keçmiş müavini Serqey Sternenko çərşənbə günü Starlink peyk rabitə terminallarının gecə saatlarında məhdudlaşdırılacağını açıqlayıb.

Herbiand.az bildirir ki, o, saatda 160 kilometrdən çox sürətlə hərəkət zamanı əlaqənin sıradan çıxmağa başlayacağını deyib.

Sternenkonun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələri üçün maneələr yaradacaq, logistikanı çətinləşdirəcək.

"Bunlar (məhdudiyyətlər - red.) nüvə zərbəsi ilə müqayisə edilə bilər... Bütün əməliyyatlar dayandırılıb", - Politico adı çəkilməyən ukraynalı zabitdən sitat gətirib.

Nəşr aydınlaşdırıb ki, bu zabitin bölməsi Starlink-dən 150 kilometrə qədər mənzilə malik Amerika Hornet dronlarını idarə etmək üçün istifadə edir.

Bəxtiyar CƏFƏRLİ