Polşa xarici işlər naziri Radoslav Sikorski Varşavanın Kiyevə Patriot raketlərini verə bilmədiyini deyib.
Herbiand.az xəbər verir ki, onun sözləri yerli media tərəfindən yayılıb.
Nazir bu cür vəziyyəti artan sursat çatışmazlığı ilə əlaqələndirib: "Həqiqətən də, İrana hücumlardan sonra tutucu raketlərin çatışmazlığı artıb və Rusiya bizim zərərsizləşdirmək üçün istifadə etdiyimiz vasitələrimizdən daha çox raket istehsal edir. Bu, real problemdir. Hələ də belə resurslara malik NATO ölkələri var, amma Polşa onlardan biri deyil".
O, əlavə edib ki, Polşa Ukraynanı hər cür dəstəkləməyə davam edir. Lakin Patriot raketlərinin təchizatı məsələsində Varşava yalnız bu cür sursatlara sahib olan və onları Kiyevə göndərə biləcək dövlətlərə ünvanlanan çağırışlara qoşula bilər.
Bəxtiyar CƏFƏRLİ