Avstraliyanın Austal gəmi istehsalçısı National Reconstruction Fund Corporation şirkətindən 245 milyon dollarlıq kredit maliyyələşdirməsi əldə edib.
Herbiand.az bildirir ki, vəsait milli donanma üçün LCH sinifli böyük amfibiya hücum gəmilərinin tikintisi üçün zəruri olan infrastrukturun yaradılmasına istifadə olunacaq.
Bu ilin fevral ayında Austal şirkəti 8 LCH sinifli böyük amfibiya hücum gəmisinin tikintisi üçün müqavilə imzalayıb.
Desant gəmilərinin uzunluğu 100 metr, eni 16 metr olacaq. Gəmi 200-dən çox şəxsi heyətin, 6 ədəd M1A2 “Abrams” tankının və ya 9 ədəd “Redback” piyada döyüş maşınının daşınması üçün nəzərdə tutulub.
Tikintiyə bu il başlamaq planlaşdırılır, müqavilənin isə 2038-ci ildə başa çatması gözlənilir.
Bəxtiyar CƏFƏRLİ