ABŞ ordusu VMAX portativ elektron müharibə sistemləri və Skydio X10 kəşfiyyat dronlarının birgə istifadəsini tətbiq etməyə başlayıb. Proses Almaniyanın Hohenfels poliqonunda keçirilən Combined Resolve təlimi zaman aparılır.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
Təlimdə VMAX sistemi xüsusi diqqəti cəlb edib. Sistem piyada bölmələrinə döyüş zonasında birbaşa elektron kəşfiyyat aparmağa və aşkar edilmiş siqnalları ələ keçirməyə imkan verir.
Təlim zamanı ABŞ ordusu yüksək icazəli gündüz kameraları və istilik görüntüləmə avadanlığı ilə təchiz olunmuş Skydio X10 pilotsuz uçuş aparatını (PUA) da istifadə edib.
Skydio X10 və VMAX-ın birgə istifadəsi hava kəşfiyyatının elektromaqnit spektr monitorinqi ilə inteqrasiyasına imkan verir.
Bəxtiyar CƏFƏRLİ