Son bir ay ərzində Rusiyanın ikincu böyük şəhəri, “şimal paytaxtı” adlanan Sankt-Peterburqda region üçün xarakterik olmayan günəşli hava müşahidə olunur.
Belə ki, şəhərdə son 20 ildə müşahidə olunmayan qədər günəşli hava qeydə alınıb.
Herbiand.az xəbər verir ki, bu barədə şəhərin baş meteoroloqu Aleksandr Kolesov “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, oktyabr ayında şəhərdə günəşli saatların sayı 100-ü ötüb.
Sankt-Peterburqda sonuncu dəfə 2005-ci ildə belə günəşli oktyabr yaşanıb və həmin vaxt günəşli saatların sayı 115 olub. Meteoroloq bildirib ki, bəzi illərdə şəhərdə günəş cəmi 36-50 saat müşahidə edilib.
Kolesovun proqnozuna görə, oktyabrın 30-da yağış yağacaq, ayın 31-də isə yağıntılar dayanacaq və günəş yenidən görünəcək.
O, 2026-cı ilin oktyabr ayının meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti üçüncü oktyabr ola biləcəyini də istisna etməyib.
Aydın