Advertisment

Rusiya MN: Kiyevdə dron istehsalı müəssisəsinə və elektrik yarımstansiyalarına zərbə endirilib

Rusiya Ukraynanın kəşfiyyat və hücum dronları üçün komponentlər istehsal edən raket yığımı zavodu olan Kiyev Radio Zavoduna zərbə endirib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gecə Kiyev vilayətinin Xotiv şəhərində PS-330 Novokiyevskaya elektrik yarımstansiyasına da zərbə endirilib.

"Kiyevdə "Fanplit" dron yığımı və saxlama müəssisəsi vurulub. Bu müəssisə "Fire Point"-in FP-1 və FP-2 uzun və orta mənzilli dronlarını istehsal edib. Dnepropetrovsk vilayətində PS-330 Svetloe elektrik yarımstansiyasına və Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün Odessa limanına hərbi təchizat daşıyan toplu daşıyıcı gəmiyə zərbə endirilib", - Rusiya MN-in məlumatında qeyd olunub.