Bosniya və Herseqovinada Avropa İttifaqının sülhməramlı qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.
Herbiand.az xəbər verir ki, bu barədə “Klix” portalı məlumat yayıb. Qəza nəticəsində üç nəfər həlak olduğu bildirilir.
Hadisə Brçko şəhəri yaxınlığında baş verib.
Məlumata görə, qəza zamanı mülki şəxslər xəsarət almayıb və infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza ərazisi mühasirəyə alınıb və hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.
Helikopterin qəzaya uğramasının hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb.
Aydın