Gəncə şəhər ərazisində yerləşən mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Herbiand.az-a verilən məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.
Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma davam etdirilir.