Advertisment

Sərt qış qazı bahalaşdıra bilər – Avropanı narahat edən proqnoz

Avropada qaz bazarında qiymət artımı ilə bağlı narahatlıqlar artır. Qış aylarında havaların sərt keçməsi enerji böhranını daha da dərinləşdirə bilər. Herbiand.az xəbər verir ki, “Qazprom”un rəhbəri Aleksey Miller belə bir vəziyyətdə Avropada qazın qiymətinin 1000 kubmetr üçün 2500 dollara yüksələ biləcəyini proqnozlaşdırıb.

Miller qeyd edib ki, Avropanın yeraltı qaz anbarlarında ehtiyatların doldurulması ilə bağlı vəziyyət narahatlıq doğurur.

Məlumata görə, Avropadakı qaz anbarlarının doluluq səviyyəsi təxminən 75 faiz, Almaniyada isə cəmi 61,6 faiz təşkil edir.

Oktyabrın 30-da Niderlandın TTF qaz qovşağında dekabr fyuçerslərinin qiyməti meqavat-saat üçün 103,72 avroya yüksəlib.

Bu, mövcud məzənnə ilə 1000 kubmetr qaz üçün təxminən 1220 dollara bərabərdir.

Qeyd edək ki, Avropada qazın qiyməti sonuncu dəfə bu səviyyəyə 2022-ci ilin dekabrında yaxın olub, tarixi maksimum isə 2022-ci ilin martında qeydə alınıb və 1000 kubmetr üçün təxminən 3900 dollara çatıb.

Aydın

Herbiand.az