Rusiyanın Tula vilayətində 69 yaşlı qadını qətlə yetirməkdə və onun meyitinə qarşı nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 47 yaşlı kişinin cinayət işi üzrə istintaq başa çatıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Məlumata görə, məhkəmə-psixiatrik ekspertizası kişinin anlaqlı olduğunu müəyyən edib.
İstintaqın məlumatında bildirilir ki, hadisə Donskoy şəhərində baş verib.
Məlum olub ki, kişi və qadın birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə yaranıb.
Bundan sonra kişi bıçaqla qadına çoxsaylı xəsarətlər yetirib və onun ölümünə səbəb olub.
Daha sonra o, qadının meyitinə qarşı zorakılıq hərəkətlərini davam etdirib. Hazırda həbsdə saxlanılan şəxsin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Aydın