Advertisment

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

Bu gün Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.

Herbiand.az xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.

Qarşılaşma Bakı Kristal Zalında saat 18:00-da start götürüb.

Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

APA