Advertisment

Litvanın müdafiə naziri: ABŞ-ın Rusiya ilə bağlı xahişindən xəbərsizik

Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, ABŞ-ın Baltikyanı ölkələrdən Rusiyaya qarşı ritorikasını yumşaltmaq üçün mümkün xahişi ilə bağlı rəsmi məlumata malik deyil.

Herbiand.az bildirir ki, bu barədə Litvanın LRT telekanalı məlumat verib.

Nazirin sözlərinə görə, o, bu cür sorğuların Litvaya göndərilib-göndərilmədiyindən xəbərsizdir.

Bəxtiyar CƏFƏRLİ