Rusiya Hərbi Dəniz Qüvvələrinin uzunmənzilli missiyasında olan "Marşal Şapoşnikov" freqatı işgüzar səfərlə Viktoriya limanına (Seyşel adaları respublikası) çatıb.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Limanda şəxsi heyəti Rusiya səfirliyinin və Seyşel adaları Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndələri qarşılayıblar.
Nazirlikdən bildirilib ki, işgüzar səfər çərçivəsində dəniz piratçılığına qarşı ilk Rusiya-Seyşel təlimləri keçiriləcək.
Bəxtiyar CƏFƏRLİ