Fransa prezidenti Emmanuel Makron jurnalist Fransuaza Deqoa ilə şəxsi yazışmasında 2005-ci ildən 2021-ci ilə qədər Almaniyanın kansleri olmuş Angela Merkelə və 2021-ci ildən 2022-ci ilə qədər İtaliyanın baş naziri vəzifəsində çalışmış Mario Draqiyə olan həsrətini ifadə edib. Bu, Deqoanın "Siz hamınız mənə qarşı çox sərtsiniz" kitabında təsvir olunub.
Herbiand.az bildirir ki, kitab 5 noyabrda Robert Laffont tərəfindən nəşr olunub və "Le Figaro" qəzeti onun məzmununu əvvəlcədən nəzərdən keçirib.
2024-cü ilin oktyabr ayında Brüsseldə keçirilən AB sammiti zamanı Makron jurnalistə yazıb: "Mən darıxıram. Hər şey darıxdırıcıdır və yaradıcı enerjidən məhrumdur. Mario Draqi və Angela Merkeldən ötrü çox darıxıram. Bəli, bəzən baş verənlər məni üzür".
Fransa lideri və Deqoa təxminən iki il Telegramda ünsiyyət qurublar. "Le Figaro" qeyd edir ki, jurnalist bu mesajları dərc etmək üçün Makrondan icazə almadığını vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ