Advertisment

97 yaşlı şəxs ad günündə “Hələ də sağam” mahnısına rəqs etdikdən sonra vəfat edib

Kaliforniya ştatının 97 yaşlı Vito adlı sakini öz ad günü məclisində Bee Gees qrupunun "Stayin Alive" (“Hələ də sağam”) mahnısına rəqs etdikdən qısa müddət sonra vəfat edib.

Herbiand.az bildirir ki, bu barədə New York Post qəzeti yazıb.

Yaşlı kişi üçün məclisi 24 yaşlı qonşusu təşkil edib. TikTok-da paylaşılan videoda kişi gülümsəyir, əl çalır və musiqinin sədaları altında oynayır. Qonaqlar da ona "Ad günün mübarək" mahnısını oxuyublar, ondan sonra qoca dünyasını dəyişib.

Kişinin ən yaxşı dostu deyib ki, Vitonun səhhətində problemlər olub və ətrafı bunun ciddiliyini anlamayıb. O, əlavə edib ki, təqaüdçü sevimli musiqisi səslənərkən dinc şəkildə ölüb.

Video TikTok-da təxminən 9,5 milyon baxış toplayıb.

Bəxtiyar CƏFƏRLİ