Türkiyə tərəfi Anidəki tarixi körpünün bərpası üçün müqaviləni hansı Ermənistan şirkətinin imzalayacağına qərar verir.
Herbiand.az bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Paşinyan Ani körpüsünün bərpası ilə bağlı suala cavab olaraq bildirib ki, bərpa layihəsinin birgə həyata keçirilməsi barədə Türkiyə tərəfi ilə razılıq əldə edilib: “Qərar verilib ki, Türkiyə tərəfi tender elan edəcək və Ermənistan da qalib şirkətlə müqavilə imzalayacaq. Biz tezliklə bu prosedurlardan keçəcəyik və körpünün bərpası başlayacaq”.
Bəxtiyar CƏFƏRLİ