Rusiyanın Kareliya Respublikasında Ukraynada aparılan xüsusi hərbi əməliyyatlar zonasına getmək üçün imzalanan müqavilənin məbləği beş dəfə artırılıb.
Herbiand.az bildirir ki, bu barədə Respublika hökuməti “Max” kanalında məlumat verib.
Əvvəllər ödəniş 400.000 rubl idisə, indi 2 milyon rubla qədər artıb.
Lakin, qeyd olunub ki, cinayət işlərində şübhəli və ya təqsirləndirilən şəxslər, icra prosesində borclu olanlar və həbs cəzası çəkən şəxslər artırılmış ödənişi almaq hüququna malik olmayacaqlar.
Bəxtiyar CƏFƏRLİ