Advertisment

Avropa çoxməqsədli korvetin yaradılmasında yeni mərhələyə başlayır

Parisdə keçirilən Euronaval 2026 hərbi-dəniz sərgisi çərçivəsində İtaliyanın Fincantieri, Fransanın Naval Group və İspaniyanın Navantia şirkətləri çoxməqsədli modul patrul korvetinin hazırlanması və istehsalı üzrə Avropa proqramının ikinci mərhələsini həyata keçirmək üçün konsorsium yaratmaq barədə müqavilə imzalayıblar.

İmza mərasimində Fincantieri şirkətinin baş direktoru Pyer-Roberto Foldjero, Navantia şirkətinin prezidenti Rikardo Dominqez və Naval Group şirkətinin baş direktoru Pyer-Erik Pommelle iştirak ediblər.

Planlara görə, yeni korvetin uzunluğu 110 metr olacaq.

Korvet hava hücumundan müdafiə vəzifələrini həll etmək, düşmənin suüstü qüvvələri ilə mübarizə aparmaq, sualtı qayıqlara qarşı müharibə aparmaq, yerüstü əməliyyatları dəstəkləmək və s. üçün uyğunlaşdırılmalıdır.

Bəxtiyar CƏFƏRLİ