Advertisment

Rusiya ordusunun yerüstü robotları 25000 tondan çox yük daşıyıb

2026-cı ildə Rusiya Silahlı Qüvvələrinin yerüstü robot sistemləri 25000 tondan çox yük çatdırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin logistika və təminat baş qərargah rəisi general-leytenant Vladimir Konoval deyib.

"Pilotsuz çatdırılmanın istifadəsi şəxsi heyət və nəqliyyat vasitələri üçün riskləri azaldır, təhlükəli yol hissələrindən yayınmağa və çətin taktiki vəziyyətlərdə bölmələrə təchizatı təmin etməyə imkan verir", - Konoval bildirib.

Onun sözlərinə görə, robotlar tərəfindən daşınan yüklərin həcmi 2,1 dəfə artıb.

Bəxtiyar CƏFƏRLİ