Niderlanın Destinus müdafiə şirkətinin əməkdaşları 2023-cü ildə Xarkov yaxınlığında partlayıcı maddələrlə yüklənmiş hücum dronlarının sınaqlarında iştirak edərək Ukrayna Silahlı Qüvvələrinə onların Voronej istiqamətində atılmasında kömək ediblər.
Herbiand.az bildirir ki, bu barədə NRC qəzeti yazıb.
Nəşrdə qeyd olunub ki, 2023-cü ilin iyun ayında Ukraynaya məxsus dron Voronejdə bir mənzil binasına hücum edib və nəticədə 3 nəfər yaralanıb: “Destinus-un əməkdaşları video görüntüləri nəzərdən keçirdikdən sonra zərbənin onların PUA-larından birinin həyata keçirə biləcəyi ehtimalını istisna etməyiblər. Onlar Xarkov yaxınlığında, qəza yerindən 280 kilometr aralıda cəbhədə idilər və Voronej istiqamətində partlayıcı maddələrlə yüklənmiş dronların ilk modellərini sınaqdan keçirirdilər”.
Qəzet vurğulayıb ki, hadisədən sonra belə sınaqlar davam edib.
Bəxtiyar CƏFƏRLİ