2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri rayonu tərk edib, noyabrın 20-də Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olaraq dövlət bayrağımızı ucaldıblar. Beləliklə, illərlə düşmən tapdağında qalan qədim Azərbaycan torpağı öz sahibinə qovuşub.
Ağdamın azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın tarixi ədalətə qovuşmasının mühüm rəmzidir. İşğal dövründə şəhər və kəndlərimiz dağıdılaraq xarabalığa çevrilsə də, Ağdamın dirçəlişi və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.