Advertisment

NATO rəhbərliyi 4-cü maddəyə daha az müraciət edilməsini istəyir

NATO rəhbərliyi təhlükəsizlik təhdidləri halında ittifaq ölkələrinə Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən təcili məsləhətləşmələrə daha az müraciət etməyi tövsiyə edib.

Herbiand.az bu barədə Rapporteur portalına istinadən bildirir.

İki mənbə portala izah edib ki, bu mexanizmin tez-tez istifadəsi onun əhəmiyyətini azalda bilər. Başqa bir mənbə isə bildirib ki, NATO Baş Katibinin ofisi də müttəfiqləri bu cür məsləhətləşmələr tələb etməkdə daha ehtiyatlı olmağa çağırıb.

Qeyd olunur ki, Ukraynada münaqişə başlayandan bəri müttəfiq ölkələri 4-cü maddəyə üç dəfə müraciət ediblər. Bu müraciət əsasən Rusiyaya qonşu olan dövlətlər tərəfindən edilib. Ən son məsləhətləşmələr üçün müraciətlər 2025-ci ilin sentyabr ayında Polşa və Estoniya tərəfindən dronlar və hərbi təyyarələrlə bağlı hadisələrdən sonra edilib.

Bəxtiyar CƏFƏRLİ