Advertisment

Pentaqon orta ölçülü desant gəmilərinin satınalma proqramını sürətləndirir

ABŞ Hərbi Dəniz Qüvvələri 2035-ci ilə qədər - qrafikdən səkkiz il tez - 35 LSM sinifli orta desant gəmisinin hamısını almaq niyyətindədir. Gələn il 6 belə gəminin, 2031-ci ilə qədər isə əlavə 23 gəminin satın alınması üçün maliyyələşdirmə planlaşdırılır.

Herbiand.az bildirir ki, bu barədə Pentaqonun maliyyə sənədlərində qeyd olunub.

Konqresin Büdcə Ofisinin məlumatına görə, bu maliyyələşdirmə cədvəli orta amfibiya gəmilərinin ilkin donanmasının 2032-ci ilə qədər formalaşmasına və 2035-ci ilə qədər 35 ədədə çatmasına imkan verəcək. Əvvəl isə gəmilərin 2043-cü ilə qədər alınması planlaşdırılırdı.

Bəxtiyar CƏFƏRLİ