Amerikalı aktyor və Demokratlar Partiyasının nüfuzlu tərəfdarı Corc Kluni ABŞ prezidenti Co Baydeni yeni müddətə namizədliyindən imtina etməyə və yerini başqa namizədə verməyə çağırıb.
Herbiand.az xəbər verir ki, Kluni bu barədə çərşənbə günü The New York Times üçün köşə yazısında yazıb.
Aktyor xatırladıb ki, o, ömür boyu Demokratların tərəfdarı olub və keçən ay Bayden də daxil olmaqla, son seçkilər boyu namizədlər üçün böyük pul yığımları təşkil edib.
"Mən Co Baydeni sevirəm. Senator kimi. Vitse-prezident və prezident kimi. Mən onu dost hesab edirəm və ona inanıram. Onun xarakterinə inanıram. Mən onun əxlaqına inanıram. Son dörd ildə o, qalib gəlib. xu. Lakin onun qalib gələ bilmədiyi yeganə döyüş zamana qarşı döyüşdür”.