Advertisment

Alen Simonyan Qırğızıstan Prezidentindən məhkəməsi keçirilən separatçılarla bağlı xahiş edib

Qırğızıstanda rəsmi səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan bu ölkənin prezidenti Sadır Japarovla görüşüb.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunan Sadır Cəfərov Vaşinqtonda keçirilən görüşü və bunun nəticəsində qəbul edilmiş bəyannamə və paraflanmış sülh sazişini alqışlayıb.

Erməni spiker isə Azərbaycanda məhkəməsi gedən separatçıların məsələsin toxunub. Onların məsləsinin həlli üçün Qırğızıstan Prezidentindən dəstək istəyib.