Advertisment

Yaponiyada gənc oğlan əmisini xoruldadığı üçün zəhərləməyə çalışıb

Yaponiyada 18 yaşlı gənc oğlan əmisini oleandr yarpaqları ilə zəhərləməyə cəhddə günahlandırılıb.

Herbiand.az bildirir ki, bu barədə “The Mainichi” nəşri məlumat yayıb.

Zərərçəkmiş deyib ki, zəhər onun miso şorbasına qatılıb. O yeməyi qəribə dadına görə bitirməyib, yedikdən sonra isə qarın ağrısından və ağzında uyuşmadan şikayət edib. Ertəsi gün kişi xəstəxanaya düşüb. Həkimlər onun oleandrla zəhərlənməyə çalışıldığını müəyyən ediblər.

Günahkar onun qohumu olub. O, əmisinin bərk xoruldamasından bezdiyini, zəhərli yarpaqları əzib miso şorbasına qatdığını etiraf edib.

Oğlan həbs olunub.

Bəxtiyar CƏFƏRLİ