Advertisment

Rusiya FTX Krımdakı hərbi obyektlər haqqında məlumat toplayan Ukrayna agentini saxlayıb

Krımda hüquq-mühafizə orqanlarının əməkdaşları dövlətə xəyanətdə şübhəli bilinən şəxsi saxlayıb.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Agentliyin məlumatına görə, 1981-ci il təvəllüdlü Feodosiya sakini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə cəlb olunub. O Ukrayna kəşfiyyatı üçün Rusiyanın hərbi obyektləri və Krım istiqamətində hava hücumundan müdafiə sistemlərinin yerləşməsi haqqında məlumat toplayıb.

Ukrayna agenti aldığı məlumatları WhatsApp messencerindən istifadə edərək ötürüb. Onların arasında fotolar, videolar, koordinatları olan elektron fayllar var. Bu məlumat Ukrayna Silahlı Qüvvələri tərəfindən raket və artilleriya zərbələri endirmək üçün istifadə edilə bilərdi.

Bəxtiyar CƏFƏRLİ