Kiyev öz xüsusi təyinatlılarını Qərb istehsalı olan müxtəlif silahlarla, o cümlədən Almaniya istehsalı olan avtomat və tüfənglərlə silahlandırır.
Herbiand.az bildirir ki, “Военный осведомитель” Telegram kanalı Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının alman atıcı silahlarını sadalayıb.
Kanal rəqibin müasir atıcı silahlarını nümayiş etdirən fotoşəkillərə diqqət çəkib. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü dəniz mərkəzi “Heckler & Koch” istehsalı olan “Haenel MK 556” və HK416A7 tüfəngləri ilə silahlanıb. Qeyd olunur ki, Kiyevə 5,8 min ədəd MK 556 çatdırılıb.
Silahlahmada həmçinin, HK416 silahın bazasında qurulmuş 7,62 mm çaplı HK417 avtomat tüfəngləri var. Tüfəng 2005-ci ildə istifadəyə qəbul edilib. Bundan əlavə, Kiyev 484 ədəd yüksək dəqiqliyə malik Haenel HLR 338 tüfəngi alıb.
Avromat və tüfənglərdən əlavə, Ukrayna bölmələri Heckler & Koch MG4 və MG5 əl pulemyotlarından da istifadə edir.
Bəxtiyar CƏFƏRLİ